Maraqlıdır, bu praktika digər məktəblərdə də tətbiq olunur, yoxsa yalnız müəyyən məktəblərə xasdır?
Dərs günlərində müəllimin dərs saatı 12:00–13:00 arası bitirsə, belə günlərdə konkret təlim, iclas və ya rəsmi tapşırıq yoxdursa, bu cür yanaşma, müəllimlərin iş yükünün süni şəkildə artırılması nə dərəcədə düzgündür?
Danışan təhsil eksperti Şəmsi Qocanın sözlərinə görə, tətilin müəllimə aidiyyəti yoxdur:
"Tətil şagirdlər üçündür. Müəllimlər tətil günlərində adi qaydada işləyirlər, yəni 8 saatlıq iş rejimində. Bu qayda bütün məktəblərə aiddir. Lakin kim hansı dərəcədə əməl edib-etmir, deyə bilmərəm. Mən direktor işləyəndə saat 09:00-dan 15:00-a qədər işçilərin məktəbdə olmasını və öz işlərini, sənədlərini qaydasına salmağı təmin və təşkil edirdim".
Tehsil-press.az








