Ölkədə cəmi 56 nəfərdir, birinin 99 yaşı var - FOTO

Ölkədə cəmi 56 nəfərdir, birinin 99 yaşı var - FOTO Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 56 həqiqi üzvü var.

Onlardan 49-u kişi, 7-si qadındır.

AMEA-nın müxbir üzvlərinin sayı isə 84 nəfərdir. Müxbir üzvlər arasında da say nisbəti kişilərin xeyrinədir. 84 nəfərin 75-i kişi, 9-u isə qadındır.

Azərbaycanın ən yaşlı akademiki Eldar Ömərovdur.

Eldar Ömərov 21 dekabr 1927-ci ildə anadan olub. O, 2001-2023-cü illərdə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsində çalışıb. Azərbaycanın xalq rəssamıdır.

Eldar Ömərov Natəvanın, Məhəmməd Füzulinin, Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin heykəllərinin müəllifidir.

Ölkənin ən cavan akademiki isə İradə Hüseynovadır.

İradə xanım ötən il may ayının 24-də 60 yaşını qeyd edib. O, biologiya elmləri doktoru, professordur.

Tehsil-press.az

Oxşar xəbərlər