UNEC-in gənc müəllimi “Avropa İttifaqında sahibkarlığın elektron tədrisi” mövzusunda təqdimatla çıxış edib

UNEC-in gənc müəllimi “Avropa İttifaqında sahibkarlığın elektron tədrisi” mövzusunda təqdimatla çıxış edib Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində “Avropa İttifaqının təcrübəsi əsasında sahibkarlığın elektron tədrisi” mövzusunda vebinar keçirilib. Layihədə elektron tədris üzrə ekspert kimi fəaliyyət göstərən UNEC-in gənc müəllimi Turan Süleymanov “Avropa İttifaqında sahibkarlığın elektron tədrisi” mövzusunda təqdimatla çıxış edib.
Təqdimat zamanı sahibkarlıq ekosistemində elektron təhsil konsepsiyası və onun rolu, elektron təhsilin sahibkarların və kiçik və orta bizneslərın fəaliyyətinə təsiri, Aİ-də elektron təhsilin xarakteristikası (siyasəti, tətbiq istiqamətləri, təsirləri və s.), elektron təhsilin infrastrukturu və sertifikatlaşdırma sxemləri haqqında geniş məlumat verilib.
2019-2021-ci illəri əhatə edən layihənin məqsədi Azərbaycanın iqtisadi rayonlarında biznesin inkişafına və məşğulluğun artırılmasına dəstək göstərməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər