İnformasiya cəmiyyətinin elmi-nəzəri problemləri araşdırılır

İnformasiya cəmiyyətinin elmi-nəzəri problemləri araşdırılır AMEA İnformasiya Texnologiyaları İnstitutunda informasiya cəmiyyətinin elmi-nəzəri problemləri araşdırılır.
Mövzu üzrə elektron təhsil mühitinin intellektuallaşdırılması metodları işlənilib, elektron təhsilin idarə edilməsi üçün “Data Mining” imkanları araşdırılıb, fərdiləşməsi üzrə klasterləşdirilmə alqoritmləri tədqiq olunub. Həmçinin elektron inklüziv təhsildə sosial şəbəkələrin tətbiqi məsələlərinə dair tədqiqatlar aparılıb. Bu istiqamətdə elektron təhsilin optimallaşdırılması məqsədilə sosial şəbəkələrdən lazım olan informasiyanın əldə edilməsi üçün metod və alqoritmlər işlənilib. Həmçinin universitetlərdə elektron təhsilin keyfiyyətinin idarə edilməsi ilə bağlı araşdırmalar aparılıb. Bu məqsədlə elektron təhsildə biliklərin mənimsənilməsi üzrə mövcud metod və alqoritmlər tədqiq olunub.

Tehsil-press.az

Oxşar xəbərlər