Xorvatiyada 6,3 bal gücündə zəlzələ olub.
Zəlzələ paytaxt Zaqrebdən 47 kilometr cənub-şərqdə, Sisak şəhərindən 5 kilometr qərbdə baş verib. Təkanlar əsasən Petrinya şəhərində hiss olunub. Petrinyada xeyli sayda binada uçqun olub. İlkim məlumata görə, uçqun zamanı azyaşlı uşaq həlak olub, xəsarət alanlar var.
Zaqrebin əksər hissəsi işıqsız qalıb, işıqforlar, telefon şəbəkələri işləmir. Hadisə yerinə xeyli sayda xilasedici və texnika göndərilib.
İtkilər barədə rəsmi açıqlama hələ ki, verilməyib.
Qeyd edək ki, Xorvatiyadakı zəlzələ Almaniya, Bosniya və Hersoqovina, Serbiya, Sloveniya da daixl olmaqla 15 ölkədə hiss olunub. Zəlzələdən sonra 4 ballıq təkanlar qeydə alınıb.
Xatırladaq ki, dünən də Petrinya yaxınlığında 5 bal gücündə 2 zəlzələ qeydə alınmışdı.
Tehsil-press.az