Türkiyə vətəndaşı Bakıda sevgilisi və özünü bıçaqladı

Türkiyə vətəndaşı Bakıda sevgilisi və özünü bıçaqladı Hadisə yanvarın 2-də, saat 03 radələrində Nəsimi rayonu ərazisində baş verib. 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, Türkiyə Respublikasının vətəndaşı 1972-ci il təvəllüdlü Ucrak Abdulhalim Sadik oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fidan Süleymanovaya xəsarətlər yetirərək öldürməyə cəhd etməsindən sonra özünə də bir neçə bıçaq xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilərək stasionar qaydada müalicə olunurlar.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər