Bakıda 57 yaşlı kişi ülgüclə bacısının boğazını kəsərək onu öldürüb.
Hadisə fevralın 6-ı saat 22 radələrində paytaxtın Nəsimi rayonunda baş verib. Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanın kirayədə yaşadığı evə gələrək qısqanclıq zəminində onun boğazını özü ilə gətirdiyi ülgüclə kəsib. T.Cəfərova hadisə yerində vəfat edib.
S. Cəfərov polis şöbəsinə gələrək təslim olub və ülgücü də təhvil verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb, meyitin daxili müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.
Tehsil-press.az