Nigerin Mali ilə sərhəd cənub-qərb vilayətində yerləşən kəndlərdə “Boko Haram” terror təşkilatı tərəfindən 75 dinc sakinin qətlə yetirildiyi bildirilir.
Bu məlumatı Niger hökuməti yayıb.
Terrorçu qruplaşması daha 20 mülki şəxsi yaralayıb və qonşu ölkənin ərazisinə qaçıb. Nigerin daxili işlər naziri Alkaçe Alhada bildirib ki, ərazidə “Boko Haram”a qarşı genişmiqyaslı antiterror əməliyyatı həyata keçirilir. Bu terror təşkilatının qətllər törətdiyi digər Afrika ölkəsi olan Nigeriyada da terrorçu düşərgələrinə hava hücumları həyata keçirilib.
Afrikanın Sahil bölgəsində yerləşən Niger ciddi təhlükəsizlik problemləri və humanitar böhranla qarşılaşıb. BMT-nin məlumatına görə, bu ölkədə 230 minə yaxın qaçqın və 250 min məcburi köçkün var.
Tehsil-press.az