Türkiyədə matəm elan olunub

Türkiyədə matəm elan olunub Türkiyədə ötən gecə İstanbulun Beşiktaş rayonunda baş vermiş iki terror hadisəsinin qurbanlarının xatirəsinə birgünlük matəm elan olunub.

Tehsil-press.az-ın verdiyi məlumata görə, bu qərar ölkənin baş naziri Binəli Yıldırım tərəfindən imzalanıb. Qeyd edək ki, İstanbulun mərkəzi rayonu Beşiktaşda yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 29 nəfər həlak olub, 166 nəfər isə yaralanıb. Ölənlərin 27-polis əməkdaşı, 2-si isə dinc vətəndaş olub.

Tehsil-press.az

Oxşar xəbərlər