Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrləri yeni tədris ilindən ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramına qoşula biləcəklər. Bununla bağlı UNEC ilə Linkoln Universiteti arasında razılıq əldə olunub.
Proqram çərçivəsində magistrlərə, həmçinin bir il müddətində ABŞ-da lisenziya ilə işləmək şansı yaradılacaq.
Qeyd edək ki, UNEC-də dünyanın nüfuzlu ali məktəbləri ilə müxtəlif ikili diplom proqramları həyata keçirilir. Hazırda Litvanın Mikolas Romeris, Türkiyənin Uludağ və Süleyman Dəmirəl, Fransanın ICD Paris Biznes Məktəbi və Monpelye universitetləri ilə ikili diplom proqramları reallaşdırılır. “UNEC 100” strategiyasına uyğun olaraq bu proqramların sayının yaxın illərdə daha da artırılması nəzərdə tutulur. İkili diplom proqramları ilə yanaşı, müxtəlif xarici ali təhsil müəssisələri ilə tələbə mübadilələri də həyata keçirilir.

UNEC-in Mətbuat Xidməti