Liviyada hərbi dəniz məktəbində partlayış - 5 ölü, 5 yaralı

Liviyada hərbi dəniz məktəbində partlayış - 5 ölü, 5 yaralı Liviyanın Cənzur şəhərində yerləşən hərbi dəniz məktəbinin ərazisində baş vermiş partlayış və yanğın nəticəsində azı 5 nəfər həlak olub. Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Ölənlər arasında briqada generalı Əhməd Əyyub, həmçinin onun müavini Salem əbu Salah da var. Daha beş nəfər yaralanıb.
Məlumata görə, güclü partlayış ali təhsil müəssisəsinin ərazisində yerləşən silah-sursat anbarında baş verib. Bundan sonra kampusun bir hissəsini əhatə edən yanğın başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər