İranda hökumət əleyhinə etirazlar zamanı baş verən insan tələfatı ilə bağlı narahatedici məlumatlar yayılıb. Bildirilir ki, ölənlərin sayı indiyədək açıqlanan rəqəmlərdən xeyli çox ola bilər.Bu barədə “CBS News” telekanalı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, indiyədək azı 12 min nəfərin həlak olduğu iddia olunur. Lakin real rəqəmin 20 minə qədər yüksəlməsi ehtimal edilir.
Telekanal qeyd edir ki, bu rəqəmlər müxtəlif mənbələrdən toplanan məlumatlara əsaslanır. İranda rəsmi statistik göstəricilərin açıqlanmaması isə itkilərin dəqiq sayının müəyyənləşdirilməsini çətinləşdirir.
Məlumatda vurğulanır ki, ölkədə vəziyyətlə bağlı məlumat axınının məhdud olması səbəbindən real mənzərənin daha ağır ola biləcəyi istisna edilmir.
Tehsil-press.az











