Nazirdən şad xəbər: Bu il 450 minə yaxın şəxs...

Nazirdən şad xəbər: Bu il 450 minə yaxın şəxs... Dövlət Məşğulluq Agentliyi tərəfindən 2026-cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması proqnozlaşdırılır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, bu il 15 minə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb olunması, habelə peşə hazırlığı və peşəyönümü xidmətlərinin davam etdirilməsi planlaşdırılır.

“2026-cı ildə əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması Nazirlik üçün prioritet hesab olunacaq”, - nazir qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər