Tanınmış iş adamı yol hərəkəti qaydalarını belə pozdu – FOTOLAR

Tanınmış iş adamı yol hərəkəti qaydalarını belə pozdu – FOTOLAR Tanınmış bloqqer Məryəm Novruzi sosial şəbəkə hesabında atası məşhur iş adamı Fərid Novruzi ilə söhbətini əks etdirən növbəti video paylaşıb.

Videoda diqqət çəkən bir məqam sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub. Bloqqerin paylaşdığı videoda onun atası Fərid Novruzinin sükan arxasında yol hərəkəti qaydalarını dəfələrlə pozması faktı qeydə alınıb.

Videoda görünür ki, “Novco” şirkətlər qrupunun rəhbəri və Azərbaycan Çimərlik Futbol Federasiyasının sədri Fərid Novruzi avtomobil idarə edərkən diqqətini qızı ilə söhbətə yönəldir, telefonla məşğul olur və bəzi hallarda hər iki əlini sükandan çəkir.

Tanınmış iş adamı yol hərəkəti qaydalarını belə pozdu – FOTOLAR
Tanınmış iş adamı yol hərəkəti qaydalarını belə pozdu – FOTOLAR
Tanınmış iş adamı yol hərəkəti qaydalarını belə pozdu – FOTOLAR


Şübhəsiz ki, bu hərəkətlər həm onun və ailə üzvlərinin, həm də digər yol iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk yaradır.

Ekspertlər bildirir ki, hərəkətdə olarkən telefondan istifadə etmək, diqqəti yayındırmaq və ya sükandan əl çəkmək qəzaya səbəb ola biləcək əsas amillərdəndir.

Bundan başqa Fərid Novruzinin sükan arxasında diqqətini yayındırması, telefonla məşğul olması və əllərini sükandan çəkməsi həm “Yol hərəkəti təhlükəsizliyi haqqında” qanunun müvafiq tələblərinin, həm də inzibati xətalar üzrə qaydaların pozulması deməkdir.

Sosial şəbəkə istifadəçiləri əyləncə videoları fonunda nüfuzlu şəxslər tərəfindən belə davranışların nümayiş etdirilməsinin gənclər üçün pis örnək olduğunu qeyd edirlər.

Hazırki vəziyyət yol hərəkəti qaydalarına ciddi əməl edilməsinin vacibliyini bir daha gündəmə gətirir və tanınmış şəxsləri nümunəvi davranış sərgiləməyə çağırır.

Mətbuatda yayılan və təkzib edilməyən məlumata görə, Fərid Novruzinin qardaşı Elsel Novruzi Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin kürəkənidir. Elsel Novruzi də “Novco” Şirkətlər Qrupuna ortaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər