“Etiraz aksiyalarına Putinə səs verənlərin sayından daha az adam çıxır”

“Etiraz aksiyalarına Putinə səs verənlərin sayından daha az adam çıxır” Rusiya Prezidenti Vladimir Putini dəstəkləyənlərin sayı qanunsuz etiraz aksiyalarına çıxanlardan xeyli çoxdur.
Bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramı üçün müsahibəsində bildirib.
“İndi çoxları deyəcək ki, qanunsuz aksiyalara çoxlu adam çıxıb. Xeyr, az adam çıxdı, çox adam Putinə səs verir”, - deyə Peskov qeyd edib. Prezidentin mətbuat katibi xatırladıb ki, vətəndaşların çoxu Konstitusiyaya edilən düzəlişlərə də səs verib.
“Mən bütün nöqteyi-nəzərlərə hörmətlə yanaşıram, amma qanunsuz aksiyalarda iştirak etməyin qəti əleyhinəyəm, çünki orada başqa qiymətləndirmə ola bilməz: bu, qanunun pozulmasıdır”, - deyə Kremlin nümayəndəsi vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər