Rusiya Prezidenti Vladimir Putin Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı səsvermədə bir başa seçki məntəqəsinə baş çəkərək iştirak edəcək.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov açıqlama verib: “Prezident şəxsən seçkidə iştirak edərək səs verəcək. Nə vaxt və necə - o barədə sizə məlumat verəcəyik”.
Putinin səsvermə zamanı maskadan istifadə edib-etməyəcəyinə dair sualı cavablandıran Peskov “Prezident seçkilərdə özünün və başqalarının sağlamlığına təhlükə yaratmayacaq şəkildə iştirak edəcək”,- deyə bildirib.
Qeyd edək ki, Rusiyada Konstitusiyaya ediləcək dəyişiklər üzrə iyunun 25-dən etibarən başlayan ümumxalq səsverməsi iyulun 1-nə qədər davam edəcək.
Tehsil-press.az