Misir portalı Prezident İlham Əliyevin ermənilərin məscidləri təhqir etməsi barədə çıxışını yayıb

Misir portalı Prezident İlham Əliyevin ermənilərin məscidləri təhqir etməsi barədə çıxışını yayıb Misirin “Aldiplomasy” informasiya portalı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Zəngilan rayonunda tarixi abidələrimizin və məscidlərimizin ermənilər tərəfindən dağıdılması, təhqir edilməsi barədə UNESCO və digər beynəlxalq təşkilatlara müraciətinin videosunu yayıb.
Ərəb dilində yayılan videomaterialda Azərbaycan Prezidentinin dünyanın 30 il ərzində bu vandalizmə səssiz qaldığı, bu məsələnin beynəlxalq kürsülərdən dəfələrlə qaldırıldığını, Ağdam, Şuşa məscidlərinin viran qoyulması və təhqir edilməsi barədə videoların yayıldığını bildirdiyi vurğulanıb. Dövlətimizin başçısı Zəngilan işğaldan azad edildikdən sonra buradakı dağıdılmış məscidlərdə ermənilərin donuz saxladığını göstərən videokadrlar nümayiş olunduğunu diqqətə çatdırıb.

Tehsil-press.az



Oxşar xəbərlər