Qarabağın tacı Şuşanın azad edilməsi xəbəri hər birimiz üçün bayramdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək mədəniyyət incisi, tarixi əzəli torpağımız olan Şuşanın erməni işğalçılarından azad olunduğu barədə verdiyi müjdəli xəbəri hər bir müharibə veteranına möhtəşəm sevinc hissi yaşadıb. İyirmi səkkiz il altı aydan sonra Şuşanın azadlığı ilə bağlı xoş müjdə xəbəri bütün xalqımız, vətəndaşlarımız tərəfindən əsl bayram kimi qeyd edilir. Bu gün Azərbaycan xalqı tarix yazır. Dövlətimizin başçısının rəhbərliyi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad edir.
Bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov deyib.
Şuşanın işğaldan azad edilməsi münasibətilə zəfər sevincini xalqımıza yaşatdığına görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə sonsuz minnətdarlığını çatdıran Respublika Veteranlar Təşkilatının sədri bildirib ki, hər qarış torpağımız bizim üçün doğma və müqəddəsdir. Veteranlarımızın və cəbhədə hərbçilərimizin əhval-ruhiyyəsi yüksəkdir. Azərbaycan əsgərinin ən güclü silahı onun vətənpərvərliyidir. Əsgərlərimizin hərbi-vətənpərvərlik ruhu isə sarsılmazdır. Bu tarixi qələbə hər kəsdə ruh yüksəkliyi, orduya inam yaradır. Ümumiyyətlə, cəbhədəki qələbələr Azərbaycan Ordusunun, Ali Baş Komandan İlham Əliyevin və xalqımızın böyük nailiyyətidir. Tarixi zəfərlərlə dolu bu xalqa yalnız və yalnız Qələbə yaraşır. Odur ki, öz adımdan və çoxsaylı veteranlarımız adından bu böyük, tarixi qələbə günü münasibəti ilə Prezidentimizi, ordumuzun şəxsi heyətini və hər bir azərbaycanlını təbrik edirəm.
T.Ağahüseynov qeyd edib ki, şanlı Azərbaycan Silahlı Qüvvələri otuz ilə yaxındır Ermənistanın işğalı altında olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Şuşa şəhərlərini və 200-dən çox kəndimizi qısa müddətdə azad edib. Digər rayon və şəhərlərimizin azad edilməsi uğrunda Azərbaycanın qüdrətli Ordusunun hərbi əməliyyatları uğurla davam edir.
"Biz veteranlar əminik ki, yaxın gələcəkdə işğal altındakı digər torpaqlarımız da azad ediləcək və Azərbaycan ərazi bütövlüyü tamamilə təmin ediləcək. Azərbaycan bir qarış da olsun torpağını kimsəyə güzəştə getməyəcək. Hər zaman olduğu kimi, çoxsaylı veteran ordusu Sizin yanınızdadır və hər bir əmrinizə tabedir. Yaşasın Müzəffər Ali Baş Komandan, yaşasın Azərbaycan! Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə şəfa versin. Zəfər Azərbaycan əsgərinindir. Qarabağ Azərbaycandır!" , - deyə təşkilatın sədri vurğulayıb.
Tehsil-press.az