Misir xalqı İnqilab Gününü qeyd edir

Misir xalqı İnqilab Gününü qeyd edir Misir xalqı monarxiyanın devrilməsi və Camal Əbdel Nasirin başçılıq etdiyi “Azad zabitlər” təşkilatının respublika elan etməsinin 68-ci ildönümünü qeyd edir.
Misir mətbuatında dünya liderlərinin, o cümlədən nüfuzlu “Akhbarelyom” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlə Prezident Əbdülfəttah əl-Sisiyə təbrik məktubları dərc olunur.
İyul İnqilabının ildönümü münasibətilə bəyanat yayan Misirin dövlət başçısı qeyd edib ki, 1952-ci il iyulun 23-də baş vermiş inqilab nəticəsində cümhuriyyətin elan edilməsi ərəb dünyasında və Afrikada ən əlamətdar hadisə olub.
Misirin Mədəniyyət Nazirliyi bayram münasibətilə müxtəlif tədbirlər təşkil edib. COVID-19 pandemiyası şəraitində Camal Əbdel Nəsir Muzeyinə ekskursiya, incəsənət ustalarının konsertləri və vebinarlar təşkil edilib.

Tehsil-press.az

Oxşar xəbərlər