Bəzi meyvə və tərəvəzlərdə yanlız vitaminlər olmur, onların tərkibində toksinlər də var

Bəzi meyvə və tərəvəzlərdə yanlız vitaminlər olmur, onların tərkibində toksinlər də var Bəzi meyvə və tərəvəzlərdə yanlız vitaminlər olmur, onların tərkibində toksinlər də var. Bu meyvə-tərəvəzlər hansılardır?
Bizim qəbul elədiyimiz bütün meyvə və trəvəzlərin tərkibində orqanizm üçün lazım olan faydalı vitamin və minerallar var. Amma, bu meyvə-tərəvəzlərin sizin üçün " qaranlıq" olan tərəfləri də var. İstifadə etdiyiniz qidaların toksiki xüsusiyyətlərini sizlərlə bölüşmək istəyirəm.
Sevdiyiniz qidalar və onların toksiki xüsusiyyətləri
Göbələk - təbii zəhərdir
Biz hamımız göbələklərin bəzilərinin zəhərli olduunu və onları tanımadığımız halda yeməməyimizi bilirik. Tanınmayan göbələkləri təzə və ya konserv halında yemək orqanizmin zəhərlənib məhv olmasına səbəb ola bilər.
Badam
Badamın orqanizm üçün çox faydalı olduğu söyləniir. Bu məşhur qidadan şirniyyatların da hazırlanmasında istifadə edilir. Onun nə qədər tünd olarsa bir o qədər dadlı olduğu düşünülür. Amma tünd dada malik badamın tərkibində sianid olduğunu ham bilmir. Yeni Zellandiyada badam yeyilməsi qadağan olunan qidalar siyahısındadır. Bəzi ölkələrdə da badamın adı "qara siyahıda"hallanır.
Albalı dadlı, şirin və təhlükəlidir.
Şaftalı, ərik və albalının badamla əlaqəsi var. Bu əlaqə meyvələrin çəyirdəyində sianidin olmasıdır. Bu meyvələrin yarpaqlarında da sianid var.
Cənnət alması
Hamıya tanış olan bu meyvənin bir çox müsbət xüsusiyyətləri vardır. Amma onun tumlarının tərkibində müəyyən dozada zəhər var.
Giləmeyvələr
Giləmeyvələr qrupuna daxil olan meyvələrin toxumları orqanizm üçün toksiki təsir göstərir. Toksiki maddə giləmeyvələrin toxumları və yarpaqlarında olduğu çoxdan sübut edilib. Qlikoalkoid adlanan toksiki maddə insanın sinir sistemini və mədə-bağırsaq sistemini korlayır. Mütəxəssislər tomat hazırlayarkən bunların nəzərə alınmasını məsləhət bilir.
Kartof
Kartof hamımızın sevdiyi qida maddələrindəndir. Katofun zəhəri onun yaşıl hissəsində və cücərmiş nahiyəsindədir. Kartofun yaşıl hissəsində olan zəhər orqanzimdə çox təhlükli patalogiyaların baş verməsinə səbəb olur.

Tehsil-press.az

Oxşar xəbərlər