Balı isti suya salmayın və qızdırmayın

Balı isti suya salmayın və qızdırmayın Faydalı və müalicə məhsul kimi tanınan bal bəzi hallarda insan sağlamlığına ciddi ziyan vura bilər.
Tehsil-press.az bildirir ki, mütəxəssislər balı qaynar suya salmağı və odda (sobada) qızdırmağı qəti surətdə tövsiyə etmirlər. Məsələ orasındadır ki, qızdırılma zamanı balda olan əksər faydalı maddələr məhv olur və çox təhlükəli toksiki maddə - hidroksimetil-furfurol əmələ gəlir. Bu maddə orqanizmdə toplanaraq ağır zəhərlənməyə və hətta həzm sistemində xərçəng xəstəliklərinin nkişafına səbəb ola bilər.
Balı yalnız ilıq suya salın (40 C qədər) və heç zaman şirniyyatların (keks, tort, piroq) hazırlanması zamanı istifadə etməyin ki, bu zaman xəmirin tərkibində olan bal çox yüksək dərəcələrə qədər qızdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər