Peşə təhsili üzrə praktiki dərslər bərpa olunub

Peşə təhsili üzrə praktiki dərslər bərpa olunub Fevralın 15-dən etibarən peşə təhsili üzrə 9 ixtisas istisna olmaqla qalan ixtisaslarda praktiki dərslər bərpa olunub.
Bunu, Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Pandemiya dövründə peşə təhsilinin təşkili” mövzusunda keçirilən vebinarda agentliyin Təhsil standartları və tədris resursları şöbəsinin müdiri Zaur Əliyev deyib.
O bildirib ki, peşə təhsili alan tələbələr distant təhsillə əldə etdikləri nəzəri bilikləri artıq emalatxanalarda, laboratoriyalarda praktik olaraq tətbiq edəcəklər.

Tehsil-press.az



Oxşar xəbərlər