“Sabahın məktəbi” mövzusunda vebinar keçiriləcək

“Sabahın məktəbi” mövzusunda vebinar keçiriləcək Vebinarda BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov, 214 nömrəli tam orta məktəbin direktoru Fəttah Fəttayev, 220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Ofeliya Qafarova, 276 nömrəli tam orta məktəbin məzunu, ADA Universitetinin tələbəsi Əziz Kərimli, 287 nömrəli “Zəkalar” liseyinin VIII sinif şagirdi Zərifə Hüseynova və valideyn Təranə Salahova iştirak edəcək.
BŞTİ-nin və Təlimə Dəstək Mərkəzinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq vebinarda mövzu ətrafında müzakirələr aparılacaq, təhsil işçiləri, valideyn və şagirdlərin sualları cavablandırılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər