“Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənənlər mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənənlər mükafatlandırılıb “Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənən paytaxt məktəbliləri mükafatlandırılıb.
Tədbirdə idarənin müdiri Rəşad Tağıyev çıxış edərək müsabiqənin müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi məqsədilə keçirilən mühüm tədbirlərdən biri olduğunu vurğulayıb və qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.
Rəşad Tağıyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar təşkil edilən müsabiqənin mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq onlayn şəkildə-videotəqdimat formasında keçirildiyini bildirib. O, təhsilin inkişafının hər zaman Ulu Öndərin genişmiqyaslı fəaliyyətində prioritet istiqamət kimi mühüm yer tutduğunu və bu sahədə inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Qeyd edək ki, IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 8 nəfər II, 3 nəfər III dərəcəli diplomla, 1 nəfər isə “Tərifnamə” ilə təltif olunub. Belə ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin məzunu Elnur Qaracayev, 60 nömrəli tam orta məktəbin məzunu Mədinə Ələkbərova, 234 nömrəli tam orta məktəbin X sinif şagirdi Arzu Salmanova, 82 nömrəli tam orta məktəbin X sinif şagirdi Aysu Hüseynquliyeva, 310 nömrəli tam orta məktəbin məzunu Aysel Rzazadə, 44 nömrəli tam orta məktəbin XI sinif şagirdi Asya Hacılı, Texniki-humanitar liseyin XI sinif şagirdi Səba Ağayeva və 283 nömrəli tam orta məktəbin məzunu Reyhan Camalova II dərəcəli diploma layiq görülüblər.
Bakı şəhəri 111 nömrəli tam orta məktəbin X sinif şagirdi Sevinc Rüstəmova, Məktəb-Lisey Kompleksinin XI sinif şagirdi Rəna Şabanzadə, 205 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həsənrza Dadaşov III dərəcəli diplom, 47 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fidan Məmmədli isə “Tərifnamə” ilə təltif edilib.
Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

“Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənənlər mükafatlandırılıb

Tehsil-press.az

Oxşar xəbərlər