Paytaxt məktəbliləri Dünya çempionatında I yeri qazanıb

Paytaxt məktəbliləri Dünya çempionatında I yeri qazanıb Paytaxt məktəbliləri tokima idman növü üzrə Türkiyədə keçirilən dünya çempionatında I yerə layiq görülüb.
Bu barədə Təhsil-press.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
BŞTİ-nin tabeliyindəki 232 nömrəli tam orta məktəbin III sinif şagirdi Vüsal Nəsirov, V sinif şagirdi Fəhmin İdrisov və 327 nömrəli tam orta məktəbin VI sinif şagirdi Taleh Mehralıyev yarışda bütün rəqibləri üzərində qələbə qazanıblar.
Çempionatda V.Nəsirov 29, F.İdrisov 33, T.Mehralıyev 31 kiloqram çəki dərəcəsində mübarizə aparıblar.
Qaliblər medal və diplomla təltif ediliblər.

Tehsil-press.az

Oxşar xəbərlər