Bakı Dövlət Universitetində (BDU) Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamı ilə əlaqədar olaraq ilk onlayn tədbir keçirilib.
Tədbirdə rektor Elçin Babayev, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov, universitetin professor və müəllimləri, tələbələr iştirak ediblər.
Tədbirin moderatoru BDU-nun İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov Nizami Gəncəvi yaradıcılığından, onun dünya və Şərq ədəbiyyatının bədii fikir salnaməsində əhəmiyyətli rolundan söz açaraq, dahi şairin əsərlərinin hər zaman dünya şərqşünaslıq elminin diqqət mərkəzində olduğunu deyib.
Akademik Rafael Hüseynov “Nizami Gəncəvinin ötürücülük və qovuşduruculuq missiyası” mövzusunda məruzə edərək böyük şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığının fəlsəfi fikir tarixində rolundan danışıb. O, Nizami irsinin sadəcə ədəbiyyat deyil, musiqi, memarlıq, ictimai-siyasi düşüncənin inkişafına təkan verdiyini diqqətə çatdırıb. Nizami Gəncəvinin kamil insan, ədalətli hökmdar modeli haqqında fikirlərinin onun “Xəmsə”sində əsas xətti təşkil etdiyini qeyd edib.
Akademik Rafael Hüseynov çıxışında, həmçinin Bakı Dövlət Universitetində Nizami irsi ilə bağlı müxtəlif elm sahələri üzrə məqalələr toplusunun nəşr edilməsinin, Şərqşünaslıq fakültəsində kalliqrafiya sənətinin tədrisinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
BDU-nun rektoru Elçin Babayev universitetdə “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planı haqqında məlumat verib. Bu məqsədlə xüsusi komissiya yaradıldığını, silsilə elmi konfranslar, simpoziumlar, elmi seminarlar keçiriləcəyini, dahi şairin zəngin söz xəzinəsinə həsr edilən sərgilər təşkil olunacağını, eyni zamanda, akademik Rafael Hüseynovun fikrini dəstəkləyərək BDU-da Nizamişünaslığa həsr olunan toplunun nəfis şəkildə çap ediləcəyini söyləyib. Rektor E.Babayev Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq çərçivəsində mütəmadi mühazirə və qiraətlərin təşkil edilməsinin dahi şairin ədəbi irsinin öyrənilməsi baxımından əhəmiyyətli olacağını deyib. O, BDU tələbələrinin Nizami irsinin geniş tədqiq olunduğu ölkələrin elm və təhsil müəssisələrində təcrübə keçmələri, kadr hazırlığı istiqamətində görüləcək tədbirlərdən bəhs edib.
Tehsil-press.az