Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin məlumatı

Oksford Universitetinin Nizami Gəncəvi adına  Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin məlumatı 2013-cü ildən dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi fəaliyyət göstərir. Mərkəz Oksford Universitetinin tərkib hissəsi və nadir tədqiqat müəssisəsi olaraq Azərbaycan və onun elmi irsi üçün xüsusi və mühüm əhəmiyyət daşıyır. Elmi mərkəzin yaradılmasının təşəbbüskarı və onun Azərbaycan tərəfdən rəhbəri AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevadır. Mərkəzin Britaniya tərəfdən rəhbəri, Oksford Universitetinin Şərqşünaslıq fakultəsinin professoru, Edmund Hersiqdir.
Nizami Gəncəvi Mərkəzi Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin Universitetin tək Şərqşünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə Oksford Universitetində digər sahələrdə elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir.
Hal-hazırda Mərkəz Oksford Universiteti tərəfindən tərtib və təsdiq edilmiş 5 illik elmi-tədris proqram üzrə kitabların yüksək akademik səviyyədə tərcüməsi, Bərdə şəhərində arxeoloji tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi, əlyazmaların öyrənilməsi, aspirant və magistrantların hazırlığı istiqamətində fəaliyyət göstərir. Həmçinin Oksford Universitetinin qaydaları çərçivəsində mədəni-akademik layihələri də həyata keçirərək dünya elmi-intelektual birliyi ilə əlaqələr yaratmağa çalışır.
Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi yarandığı gündən Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı onun ilkin partnyoru olmuş və həmin mərkəzlə ən sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Belə ki, MDU-nun Bakı filialı Azərbaycanda fəaliyyət göstərən bütün elmi müəssisə və təşkilatlar üçün də yeganə əlaqə mərkəzidir. MDU-nun Bakı filialında bu funksiyanı yerinə yetirən “Oxford Room” adlı xüsusi şöbə mövcuddur. Şöbə Mərkəzin fəaliyyəti ilə maraqlanan, onun ali missiyasına köməklik göstərmək istəyən təhsil və elm müəssisələrini, fiziki və hüquqi şəxsləri Mərkəzin fəaliyyəti haqqında informasiya ilə təmin edir. Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinə edilən bütün birbaşa müraciətlər “Oxford Room” şöbəsinə göndərilir və burada ilkin baxışdan keçirilir. Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyəti haqqında bütün məsələlərlə əlaqədar aşağıdakı ünvana müraciət edə bilərsiniz:

Lomonosov adına MDU-nun Bakı filialı, “Oxford Room”.
AZ 1144, Azərbaycan, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi 1.
Tel/fax : (+994 12)598 97 39 ; mob (+994 55) 222 98 87
e-mail: [email protected]; [email protected]
http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti

Oxşar xəbərlər