Şəhid olan atasının xidmət etdiyi Şuşaya təyinat aldı

Şəhid olan atasının xidmət etdiyi Şuşaya təyinat aldı Polis əməkdaşı Sənan Əsgərov xidmətini 27 il öncə şəhid olan atasının da qulluq etdiyi Şuşa şəhərində davam etdirəcək.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. S.Əsgərovun arzusu olub ki, işğaldan azad edilən Şuşa şəhərində atasının xidmət etdiyi şöbədə işini davam etdirsin.
Onun arzusu nazirlik rəhbərliyi tərəfindən nəzərə alınıb və Goranboy rayon Polis şöbəsində əməliyyat müvəkkili olan, polis baş leytenantı Sənan Əsgərov Şuşa RPŞ-də eyni vəzifəyə təyin olunub.
Qeyd edək ki, S.Əsgərovun atası Xəzani Əsgərov Şuşa rayon Polis Şöbəsinin əməkdaşı olub və 1994-cü ildə Qarabağ müharibəsindəki döyüşlərdə şəhid olub.

Tehsil-press.az



Oxşar xəbərlər