Məktəbdə arvadı ilə mübahisə edən şagird və qardaşına xəsarət yetirən şəxs barədə yeni DETALLAR

Məktəbdə arvadı ilə mübahisə edən şagird və qardaşına xəsarət yetirən şəxs barədə yeni DETALLAR Ağsuda 34 yaşlı kişi məktəbin qarşısında iki məktəbliyə xəsarət yetirib. Hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisəni törədən Dostəli Bağırovun həyat yoldaşı Ağsu şəhər 1 saylı orta məktəbdə təmizlikçi işləyir.

Bir neçə gün əvvəl məktəbdə təmizlikçi qadınla 11-ci sinif şagirdi arasında mübahisə baş verib. Bunu öyrənən D.Bağırov bıçaq götürərək məktəbə gedib və təhsil müəssisəsinin qarşısında həmin şagirdlə mübahisə edib. Mübahisə zəminində o, bıçaqla şagirdin baldır nahiyəsinə yüngül xəsarət yetirib. 34 yaşlı kişi şagirdin köməyinə gələn 16 yaşlı qardaşına da yumruqla vurub.

Hər iki yeniyetmə yüngül xəsarət alıb və xəstəxanadan evə buraxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər