“The Times” qəzetinin yazdığına görə, ABŞ-İsrail kəşfiyyatına məxsus olduğu iddia edilən məxfi sənəddə İranın ali lideri Müctəba Xameneinin huşsuz vəziyyətdə olduğu və Qum şəhərində müalicə aldığı bildirilib.
Sənəddə qeyd olunur ki, Xamenei hazırda ölkəni idarə etmək iqtidarında deyil və Tehranın cənubunda yerləşən dini mərkəzdə müalicə olunur.
Məlumatın regiondakı ərəb müttəfiqləri ilə paylaşıldığı və bu iddiaların onun müharibə başlayandan bəri ilk mümkün yerləşmə yeri haqqında ipucu olacağı vurğulanır.
Qeyd edək ki, Müctəba Xamenei İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının başlanmasından bəri ictimaiyyət qarşısına çıxmayıb.
Rəsmi Tehran tərəfindən məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Tehsil-press.az











