Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir

Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gözləyir.
Hələlik bu barədə rəsmi bildiriş gəlmədiyi üçün hər hansı fikir bildirmək çətindir. Həmçinin, rəsmi bildirişin yaxın günlərdə gələcəyi vurğulanıb.
Martın əvvəlində Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı konkret qərar olmalıdır, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir.
Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc ziyarətinə getmək üçün zəvvarların koronavirusa qarşı peyvənd olunmasını bir məcburi şərt kimi müəyyən edib.

Tehsil-press.az


Oxşar xəbərlər