Bakı Ali Neft Məktəbinin tələbə və məzunları magistratura imtahanlarında yüksək nəticə göstəriblər

Bakı Ali Neft Məktəbinin tələbə və məzunları magistratura imtahanlarında yüksək nəticə göstəriblər 2021-2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün keçirilən imtahanın nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin (BANM) bir neçə tələbə və məzunu yüksək nəticə göstərib.
Magistraturaya qəbul imtahanlarının nəticələrinə görə bu il ən yüksək bal toplayanlardan biri BANM-in kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fatimə Abdinli rus bölməsi üzrə respublika birincisi olub. O, 89 balla bu nəticəni əldə edib. Bakalavr pilləsi üzrə 695 bal toplayaraq ali məktəbə qəbul olan F.Abdinli magistratura təhsilini də BANM-də davam etdirmək niyyətindədir. BANM-in neft-qaz mühəndisliyi ixtisasının 2020-ci il məzunu Əli Nuraliyev isə 93 bal toplayaraq respublika üzrə ikinci yerdə qərarlaşıb.
Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Səfər Usubov heç bir hazırlıq keçmədən 92 balla respublika üzrə üçüncü ən yüksək bal toplayan bakalavr olub.
Bundan başqa kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Ağaqardaş Camalov və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Fərid Kərimli hər biri 91 bal toplayaraq respublika üzrə dördüncü yerdə qərarlaşıblar. A.Camalov Bakı Ali Neft Məktəbinin yatağın qiymətləndirilməsi və idarə olunması, F.Kərimli isə texniki sistemlərdə informatika və idarəetmə ixtisaslaşması üzrə təhsil almağı planlaşdırırlar.
Qeyd edək ki, imtahanda ən yüksək nəticə 96 bal olub. Toplanılması mümkün olan maksimal bal isə 100 bal təşkil edir.
Magistraturaya qəbul imtahanı üzrə yüksək nəticə göstərərək respublika birincisi olan Pərviz Vəliyev də Bakı Ali Neft Məktəbini seçəcək. O, kimya mühəndisliyi ixtisası üzrə təhsil almağı planlaşdırır.

Tehsil-press.az



Oxşar xəbərlər