BMU-nun tələbəsi Magistratura imtahanının I mərhələsində yüksək nəticə göstərib

BMU-nun tələbəsi Magistratura imtahanının I mərhələsində yüksək nəticə göstərib Raidə Məmmədova 2014-cü ildə Bakı Mühəndislik Universitetinin Kompüter mühəndisliyi ixtisasına qəbul olub. O, hal-hazırda BMU-nun Kompüter mühəndisliyi ixtisasının son kurs tələbəsidir. Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistratura səviyyəsinə fevralın 24-də keçirilən qəbul imtahanının birinci mərhələsində iştirak edən Raidə Məmmədova imtahanın nəticəsinə görə rus bölməsi üzrə 90 bal toplayaraq ən yüksək nəticə göstərib.
Raidə Məmmədova bildirib ki, imtahandan çıxandan sonra nəticəmin yüksək olacağına inanırdım. Açığı 100 bal yığacağımı düşünürdüm. Çünki suallar normal səviyyədə idi və imtahandan sonra müəllimlərimlə imtahanı müzakirə edəndə bu qənaətə gəlmişdim. Yüksək bal yığmağımda təhsil aldığım universitetin rolu danılmazdır. Hətda mən universitetə qəbul olanda kimya ixtisasını istəyirdim, amma Kompüter mühəndisliyi ixtisasına qəbul oldum. Bu da mənim uğurlarımın başlanğıcı oldu.
Qeyd edək ki, Raidə Məmmədova 1996–cı ildə Bakı şəhərində anadan olub. Səbail rayonu 219 nomrəli “evdə” təhsil məktəbinin məzunudur.

BMU-nun Mətbuat Xidməti


BMU-nun tələbəsi Magistratura imtahanının I mərhələsində yüksək nəticə göstərib

Oxşar xəbərlər