Çin Xalq Respublikasında təhsil üzrə təqaüd proqramı elan edilib

Çin Xalq Respublikasında təhsil üzrə təqaüd proqramı elan edilib Çin Xalq Respublikasında 2019-2020-ci tədris ilində təhsil üzrə təqaüd proqramı elan edilib.
Təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.
Təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna olmaqla, bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir.
Proqramda iştirak etmək istəyənlər fevralın 11-dək müraciət edə bilərlər.
Təqaüd proqramı ilə bağlı elan və sual-cavabla Təhsil Nazirliyinin saytında müvafiq linklər vasitəsilə tanış olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər