Çində təhsil almaq istəyənlər üçün ŞANS

Çində təhsil almaq istəyənlər üçün ŞANS Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çində təhsil almaq istəyənlər üçün təqaüd proqramı elan edilib.
Təqaüd proqramı Prezidentin 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.
Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.
Tədris dili çin dilində olan ixtisaslarda təhsil almaq hüququ qazanacaq tələbələr bir və ya iki il müddətində çin dili üzrə hazırlıq kursu keçməli, ingilis dilli proqramlara müraciət edən şəxslər isə müvafiq dil sertifikatına malik olmalıdır.
Təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna olmaqla, bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il, doktorantura səviyyəsi üzrə isə 3-4 il arasında dəyişir.

Tehsil-press.az

Oxşar xəbərlər