Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan

Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan Ermənistanın Dağlıq Qarabağdakı işğalına son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq.
Bunu "Mavi Vətən 2021" təlimlərində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
T.Ərdoğan qeyd edib ki, bu addımları atarkən, əlbəttə ki, biz genişlənmə, müdaxilə etmə düşüncəsiylə hərəkət etməmişik:
"Hər zaman dediyimiz kimi, heç bir ölkənin torpağında, dənizində və suverenliyində gözümüz yoxdur. Biz sadəcə Vətənimizi və hüquqlarımızı qorumağa çalışırıq".

Tehsil-press.az


Oxşar xəbərlər