ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyonu ötdü

ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyonu ötdü ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 29 milyonu ötüb.
Pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə koronavirusa 29 000 012 nəfər yoluxub. Daha çox yoluxma halı Kaliforniya ştatında (3 599 689) qeydə alınıb. Daha sonra Texas (2 695 653 hal), Florida (1 944 995 hal), Nyu-York (1 694 651 hal) və İllinoys (1 198 257 hal) gəlir.
Qeyd edək ki, dünyada ümumilikdə 116,9 milyona yaxın insan koronavirusa yoluxub, 2,5 milyondan çox xəstə dünyasını dəyişib.

Tehsil-press.az


Oxşar xəbərlər