“Son müddət martın 9-u deyil” - Sarkisyandan daha bir bəyanat

“Son müddət martın 9-u deyil” - Sarkisyandan daha bir bəyanat Ermənistan Prezidenti Armen Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanın məsələsinə dair Konstitusiya Məhkəməsinə müraciətinin son müddəti yoxdur.
Bu barədə ölkənin Prezident Administrasiyasının bəyanatında deyilir.
Qeyd olunur ki, respublika Prezidenti yaxın vaxtlarda “Hərbi qulluqçunun hərbi xidmət və statusu haqqında” qanunun Konstitusiyaya uyğunluğu məsələsinin müəyyən edilməsi xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət edəcək. Lakin Prezident Administrasiyasının bəyanatında Paşinyanın Sərəncamından şikayət verilməsindən söhbət getmir.
Bundan əvvəl müxalifət israr edirdi ki, Prezident Baş nazir Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi barədə Sərəncamına etiraz etsin. Qeyd edilirdi ki, Sarkisyanın martın 9-dək Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ var.

Tehsil-press.az


Oxşar xəbərlər