“Baş qərargahın Ermənistanın Baş nazirinin istefası ilə bağlı açıqlaması əvvəlki hökumətin generallara təsirinin nəticəsidir”.
Bunu Respublika meydanındakı mitinqdə erməni Baş nazir Nikol Paşinyan deyib. Onun sözlərinə görə, 2008-ci ilin martında öz xalqının üzərinə ordu yeridənlər yenidən bunu etməyə cəhd göstərir:
“Həmin insanlar bu gün də ordunu xalqa və bu xalqın seçdiyi hökumətə qarşı qaldırmağa cəhd edirlər. Əks halda, Baş qərargahın bəyanatını başqa cür izah edə bilmərəm. Bu, bir təxmin deyil, konkret əsaslandırılmış vəziyyətdir”.
Paşinyan bu işdə generalları razı salmağa çalışan əsas personajlar arasında üçüncü prezident Serj Sarkisyanın adını çəkib.
“Ancaq demək istəyirəm ki, Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatı tamamilə qanunsuzdur. Çünki Konstitusiya silahlı qüvvələrin siyasi məsələlərdə bitərəfliyini açıq şəkildə müəyyənləşdirir. Baş Qərargah rəisi açıq şəkildə ifadə edilmiş siyasi yönümlülüyü ilə özü bütün qaydaları və Ermənistanın Konstitusiyasını pozur”, - deyə Paşinyan əlavə edib.
O, Baş qərargah rəisi Onik Qapsaryanın tutduğu vəzifədən uzaqlşadırılmasının qaçılmaz olduğunu da bildirib:
“Ermənistan öz xalqına qarşı tanklar çıxarmağa qadir olan Baş Qərargah rəisinə sahib ola bilməz.. İndiyədək nə Qasparyan, nə də silahlı qüvvələr “qırmızı xətti” keçməyib. Ümid edirəm, keçməyəcəklər də. Ancaq bununla belə, Qasparyan getməlidir. Vəzifədən getmiş birinin (Serj Sarkisyan – red.) əmrlərini yerinə yetirən Baş qərargah rəisi özü ən böyük satqındır”.
Tehsil-press.az