Pele koronavirusa qarşı peyvənd olundu

Pele koronavirusa qarşı peyvənd olundu Braziliya yığmasının tərkibində futbol üzrə üçqat dünya çempionu Pele (Edson Arantis du Nasimentu) koronavirus infeksiyasına qarşı peyvənd olunub.
“Bu gün – unudulmaz gündür. Mən peyvənd olundum”, - 80 yaşlı eks-idmançı paylaşımında yazıb.
Eyni zamanda, əfsanəvi futbolçu izləyicilərini pandemiyanın davam etdiyini unutmamağa çağırıb və gigiyena qaydalarına riayət etmək, mümkün qədər evdə qalmaq, ictimai yerlərdə maska taxmaq və sosial məsafəyə riayət etmək zərurətini xatırladıb.
“G1” portalının məlumatına görə, Pele Çinin “Sinovac Biotech” kompaniyası tərəfindən istehsal edilmiş “Coronavac” vaksinindən yararlanıb.
Qeyd edək ki, Braziliyada koronavirus infeksiyasına qarşı vaksinasiya yanvarın 18-də başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər