Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin mənəvi və siyasi dəstəyi hər bir Azərbaycan vətəndaşını sevindirdi və fəxarət hissi yaşatdı. İki ölkə arasında olan bu münasibətlər əbədidir.
Bu fikirləri 27 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova söyləyib.
“Müharibə dövründə ilk günlərdən Türkiyə Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Türkiyə Prezidentinin açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə möhtəşəm Zəfər paradında da bizimlə oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirakı Azərbaycan xalqını sevindirdi. Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi bütün bölgələrdə çox müsbət rol oynayır. Hərbi əməkdaşlığımız günü-gündən möhkəmlənir. Bizim gücümüz birliyimizdədir. Azərbaycan Ermənistan üzərində böyük Qələbə qazandı, torpaqlarını işğaldan azad etdi. Vətən müharibəsinin hər günü hamımız, hər bir Azərbaycan vətəndaşı üçün şanlı tarixdir. Yaşasın müstəqil Azərbaycan Respublikası, yaşasın Müzəffər Ordumuz! Yaşasın Azərbaycan -Türkiyə qardaşlığı birliyi”, - deyə məktəb direktoru bildirib.
Tehsil-press.az