“Qarabağda haqq batilə qalib gəldi” - Ərdoğan

“Qarabağda haqq batilə qalib gəldi” - Ərdoğan “Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında yaşananlar mərhum Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” ifadəsinin nə qədər doğru olduğunu bir daha təsdiq etdi. Qarabağın işğaldan azad olunması ilə Qafqazda yeni dövrün qapıları açıldı”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində söyləyib.
Türkiyənin indiyə qədər olduğu kimi, bundan sonra da Can Azərbaycanın yanında olmaqda davam edəcəyini vurğulayan dövlət başçısı deyib ki, Bakı küçələrində Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıran qardaşlarımızın ruh yüksəkliyini birlikdə yaşadıq. Xüsusilə bölgə ölkələri bu zəfərdən məmnun olmalıdırlar. Prezident Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın daha da dərinləşəcəyinə inandığını bildirib:
"Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə Qafqazda yeni dövrün qapıları açıldı. Bundan sonra bölgədə münaqişə əvəzinə sülh, gərginlik əvəzinə əməkdaşlıq, düşmənçilik əvəzinə yaxşı qonşuluq münasibətləri ilə yeni status-kvo qurulacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər