Paşinyan generallarla görüşdü

Paşinyan generallarla görüşdü Ermənistanın Baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri ilə görüş keçirib.
Görüşdə müdafiə naziri Vaqarşak Arutyunyan, Baş qərargah rəisinin müavinləri, general-leytenant Artak Davtyan və başqaları iştirak ediblər. İstefaya göndərilən Baş qərargah rəisi Onik Qasparyan isə Paşinyanla görüşdə iştirak etməyib.
Erməni baş nazir müzakirələr zamanı Qasparyanla bağlı məsələyə də toxunub.
“Bilirsiniz ki, general-polkovnik Onik Qasparyanın Silahlı Qüvvələrin Baş qərargah rəisi vəzifəsindən azad olunması barədə qərar artıq qüvvəyə minir. General-leytenant Artak Davtyanın onun yerinə təyin edilməsi haqda prezidentə vəsatət təqdim etməyimdən də xəbərdarsınız. Davtyan 2018-2020-ci illərdə Baş qərargaha rəhbərlik edib və işi ilə hamıya tanışdır. Ümid edirəm ki, biz birlikdə bu sınaqdan çıxacağıq”, - deyə Paşinyan bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər