Almaniyanın iki bölgəsində seçkilər keçiriləcək

Almaniyanın iki bölgəsində seçkilər keçiriləcək Almaniyanın iki federal bölgəsində - Baden-Vürtemberq və Reynland-Pfalzda parlament seçkiləri keçiriləcək.
Seçkilərin nəticələrinə əsasən regional parlamentlərin - landtaqların tərkibi müəyyənləşdiriləcək, həmçinin hər iki bölgənin nazirlər kabinetləri formalaşdırılacaq.
Baden-Vürtemberqin əhalisi 11,1 milyon nəfərdir, əsas şəhərləri Ştutqart, Karlsrue, Frayburqdur. Reynland-Pfalzda isə təxminən 4 milyon adam yaşayır.
Seçki məntəqələri 08:00-da açılacaq (11:00 GMT+4), 18:00-da (21:00 GMT+4) bağlandıqdan dərhal sonra isə ilkin nəticələr yayımlanacaq.

Tehsil-press.az


Oxşar xəbərlər