Bakı Ali Neft Məktəbinin startapı 238 innovativ layihə arasından seçildi

Bakı Ali Neft Məktəbinin startapı 238 innovativ layihə arasından seçildi Bakı Ali Neft Məktəbinin (BANM) startap layihəsi “British Council” tərəfindən keçirilən beynəlxalq #DestinationZero innovativ müsabiqəsinin qalibi olub.
Layihə inkişaf etdirilməsi üçün 5000 funt-sterlinq dəyərində maliyyə dəstəyi əldə edib. Belə ki, ali məktəbin “Climasel” layihəsi müsabiqənin final mərhələsində uğur qazanan 10 uğurlu innovativ ideyadan biri olub. Müsabiqənin əvvəlki mərhələsində finalda yarışmaq üçün 20 layihə seçilib. Qeyd edək ki, müsabiqədə ümumilikdə 40 ölkədən 238 layihə iştirak edib.
Qalib layihələr 2021-ci il aprel-avqust aylarında təşkil olunacaq kouçinq görüşlərindən faydalanacaq və noyabrda innovativ ideyalarını daha geniş qlobal kütləyə, BMT-nin İqlim Dəyişikliyi Konfransında təqdim etmək şansı əldə edəcəklər.
Müsabiqə18-35 yaşlarında olan, iqlim dəyişikliyi ilə mübarizədə dəyişiklik etmək istəyən insanlar üçün nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, #DestinationZero müsabiqəsində BANM üç startap layihə ilə təmsil olunub. Ali məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzinin startapı olan “Climasel” layihəsini kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Güllü Hüseynli təqdim edib. Bu layihə elektrik enerjisinin qənaət etməklə, maliyyə xərclərini və ətraf mühitə dəyən ziyanı azalda biləcək innovativ texnoloji həll təqdim edir.

Tehsil-press.az


Oxşar xəbərlər