Bakı Ali Neft Məktəbinin tələbələri "Microsoft 2017"nin qalibləri olub

Bakı Ali Neft Məktəbinin tələbələri BANM tələbə komandası “Microsoft Imagine Cup 2017” irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsində iştirak edərək qaliblər sırasında oldu və Kiyevdə (Ukrayna) keçiriləcək növbəti mərhələyə vəsiqə qazandı. Son ümumdünya finalı isə bu ilin iyul ayında Sietlda (ABŞ) keçiriləcək. Bu mərhələdə iştirakçılar müsabiqənin əsas mükafatı – layihələrin inkişafı üçün 100 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edə biləcək.
Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin və “Yüksək Texnologiya Parkı” dəstəyi, Microsoft Azərbaycan və Nar Mobile şirkətləri tərəfindən təşkil olunub.
Müsabiqədə “Neftçi” komandasının tərkibində çıxış edən BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Kərim Kərimli və Şamil Ömərov və “Neft-qaz mühəndisliyi”ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Lalə Məmmədova birinci yerin qalibi olublar.
“Microsoft Imagine Cup” - dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir. Azərbaycanda sözügedən müsabiqə artıq üçüncü dəfə təşkil olunur. Müsabiqədə iştirak edənlər “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlayıblar.

BANM-nin Mətbuat Xidməti


Bakı Ali Neft Məktəbinin tələbələri "Microsoft 2017"nin qalibləri olub

Bakı Ali Neft Məktəbinin tələbələri "Microsoft 2017"nin qalibləri olub

Oxşar xəbərlər