Bakı Ali Neft Məktəbinin (BANM) təşkilati, BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi, “Social İnnovation Lab”ın əsas təşkilatçılığı və “EY” şirkətinin sponsorluğu ilə "Cleantech Ideation Bootcamp" innovasiya proqramı həyata keçirilib.
İkigünlük proqramda bu ali məktəbin və Azərbaycanın müxtəlif universitetlərindən tələbələr iştirak ediblər.
“Social İnnovation Lab”ın təsisçisi və direktoru Cəsur Həsənov bildirib ki, proqramın əsas məqsədi dünyada ən çox diqqət mərkəzində olan məsələlərdən biri – iqlim dəyişikliyinə həsr olunmuş innovasiya və ideyaların kəşf edilməsi və onların reallaşmasına dəstək olmaqdır.
Proqramda 4 təlimçi, 6 mentor və 40-a yaxın iştirakçı iki gün ərzində iqlim dəyişikliyi üzrə birgə innovativ həllərin tapılması üçün birgə çalışıblar.
Proqramın ilk günü startap komandalara təlim sessiyaları keçirilib və iştirakçılar öyrəndiklərini birbaşa təlim prosesində öz layihələri üzərində tətbiq ediblər. Növbəti gün isə komandalar layihələrini ekspertlərdən ibarət münsiflər heyətinə təqdim ediblər. “Cleantech Ideation Bootcamp” proqramı 2 gün ərzində 8 yeni startap layihəsi yaranması ilə yekunlaşıb.
İlk iki yerə “EcoSol” (tullantıların daha ağıllı və davamlı idarə olunması) və “Coloroll” (inşaat sektorunda divarların daha sürətli və optimal resurslarla boyanmasını təklif edən robot) startapları layiq görülüb. BANM-in rektoru Elmar Qasımov qalib komandaları təbrik edib və onlara sertifikatlar verib. Hər iki komanda dünyanın ən geniş təmiz texnologiyalar proqramı olan “ClimateLaunchpad Azerbaijan-2019”da iştirak üçün birbaşa vəsiqə qazanıblar.
BANM-nin Mətbuat Xidməti