Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyət Dünyada son bir gündə koronavirusa 406 mindən çox yoluxma qeydə alınıb.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 406 980 hal qeydə alınıb, “COVID-19”dan 7 492 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 120 383 919, ölüm hallarının sayı 2 664 386 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 29 205 543 nəfər virusa yoluxub. Daha sonra Braziliya (11 519 609), Hindistan (11 438 734), Rusiya (418 436), Böyük Britaniya (4 268 825), Fransa (4 037 745), İtaliya (3 258 770), İspaniya (3 195 062), Türkiyə (2 911 642), Almaniya (2 594 764), Kolumbiya (2 305 884) və Argentina (2 201 886) gəlir.

Tehsil-press.az

Oxşar xəbərlər