İran keçən il vurulan Ukrayna təyyarəsi ilə bağlı yekun hesabatı açıqlayıb.
Hesabatda hava müdafiə sistemi operatorunun təyyarəni düşmən hədəfi olaraq gördüyünü və mərkəzin təlimatını gözləmədən birinci raketi atdığı, sistemin hərəkətdə olan hədəfə fokuslanaraq, ikinci raketi də atdığı bildirilib.
Hesabatı İran Milki Aviasiya Təşkilatı hazırlayıb. Sənəd 139 səhifədən ibarətdir.
Farsca və ingiliscə hazırlanan hesabata görə, uçuş heyəti ilə mərkəz arasındakı xəbərləşmə “uğurlu” deyildi, operator mərkəzdən təsdiq almadan raketləri atıb və qəza anına aid paylaşılan görüntülər həqiqəti əks etdirir.
Hesabatda bildirilib ki, qəzadan sonra Ukrayna təmsilçiləri ilə “qara qutu”ların oxunması üçün işlər aparılıb, lakin ABŞ sanksiyaları səbəbindən lazımi təchizat təmin edilməyib, buna görə Fransaya göndərilməsi məsələsində uzlaşıblar. O da vurğulanıb ki, dörd səs kanalı tapılıb ki, bunların da keyfiyyəti qənaətbəxşdir.
Hesabata əsasən, təyyarəyə raketlərin atılması ilə əlaqədar paylaşılan görüntülər doğrudur, görüntüləri çəkən şəxs təhlükəsizlik qüvvələri tərəfindən müəyyənləşdirilib.
Qeyd edək ki, “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus “Boeing 737-800” təyyarəsi 8 yanvar 2020-ci ildə səhər saatlarında Tehrandan havaya qalxdıqdan qısa müddət sonra vurulub.
Nəticədə, 176 nəfər həlak olub. İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşlarının öldüyü qəza Ukrayna aviasiyası tarixində ölənlərin sayına görə ən böyük qəza olub.
Tehsil-press.az