Aİ Liderlər Sammitindən Türkiyə ilə əməkdaşlıq mesajı

Aİ Liderlər Sammitindən Türkiyə ilə əməkdaşlıq mesajı Avropa İttifaqı ümumi maraq sahələrində əməkdaşlığı genişləndirmək məqsədilə Türkiyə ilə siyasi və iqtisadi dialoqu gücləndirmək üçün "mərhələli və nisbətli" əlaqəyə hazırdır.
Bu barədə Aİ liderlərinin sammitindən sonrakı bəyannamədə bildirilib.
Bəyannamədə Aİ liderləri, Avropa Şurasını Türkiyə ilə Gömrük İttifaqının yenilənməsi yollarını araşdırmağa və tətbiqetmədə mövcud çətinliklərlə əlaqədar Ankara ilə müzakirələri gücləndirməyə çağırıblar.
Brüssel həmçinin terrorizmə qarşı mübarizə, xalq sağlamlığı və iqlim kimi “qarşılıqlı maraq doğuran məsələlərdə də Türkiyə ilə yüksək səviyyəli dialoqa” başlamağa hazır olduğunu vurğulayıb.
Zirvə iştirakçıları, miqrasiya nəzarəti sahəsində Türkiyə ilə əlaqələrin gücləndirilməsinin vacibliyini də vurğulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər